Həddindən artıq  duz olan   QİDALAR
18 aprel 2024 17:25 (UTC +04:00)

Həddindən artıq duz olan QİDALAR

Ümumdünya Səhiyyə Təşkilatına görə, gündə orta hesabla duz qəbulu 5 qramdır. Bu miqdarın müntəzəm olaraq aşılması sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, orta dərəcədə duz istehlakı isə əksinə, qan təzyiqini tənzimləməyə kömək edir və ürək və damar xəstəlikləri riskini azaldır.

Buna görə qida rasionunuzu diqqətlə izləməli və aşağıdakı qidalardan uzaq durmalısınız.

Çörək və bulka

Özünüzü gündə bir dilimlə məhdudlaşdırsanız, çox güman ki, istehlak etdiyiniz duz miqdarı da azalacaq. Çünki bir parça ağ çörəyin tərkibində 147 mq duz var.

Kartof çipsləri

İstehsalçılar çips hazırlayarkən duzdan çox istifadə edirlər. Çünki bu, nəinki dadı artırır, həm də məhsulun daha yaxşı saxlanmasına kömək edir. Standart ölçülü çips paketində təxminən 600 mq duz var.

Pizza

Bir dilim pizzada təxminən 624 mq duz var. 

# 3558
avatar

Arzu Qurbanlı

Oxşar yazılar