Daşnakların rəhbəri Mübariz İbrahimovdan danışıb
APA-nın xəbərinə görə, bu barədə Bakıda səfərdə olan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un siyasi məsələlər üzrə ofisinin, eləcə də “Ay-Dat”ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərə açıqlamasında bildirib. “Ermənistanın mövqeyi belədir ki, meyit “yaşıl zonada”dır. Başqa cür olsaydı, meyiti qaytarardılar. Deməli, meyit Qarabağ ərazisində deyil, neytral zonadadır və Azərbaycan onu götürə bilər”, - deyə K. Manoyan vurğulayıb.
K. Manoyan meyitin götürülməsi üçün təhlükəsizliyə təminat olub-olmaması barədə suala cavabında bunun Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətinə aid olduğunu deyib: “Bunu onlar həll edə bilərlər. Konkret bu halda onlar öz funksiyalarını yerinə yetirmirlər. Düşünürəm ki, BQXK öz missiyasını yaxşı yerinə yetirməyib”.
Qeyd edək ki, K. Manoyan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un Büro üzvü Mario Nalbandyanla birgə Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional toplantısında iştirak edir.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53