MSK pulsuz efir vaxtı ilə bağlı qərar qəbul etdi - YENİLƏNİB
MSK sədri Məzahir Pənahov namizədlərə ayrılan pulsuz efir vaxtının formatını açıqlayıb. Lent.az-ın verdiyi məlumata görə, M. Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, 7 dairə istisna olunmaqla İctimai TV-də 118 dairə üzrə namizədlər üçün təşviqat vaxtı ayrılacaq: “Hər bir dairə üzrə qeydə alınan namizədlər üçün dəyirmi masa təşkil ediləcək. Dəyirmi masada hər namizədin 4 dəqiqə efir vaxtı olacaq. Namizədlərə seçkidə iştirak etdikləri dairələrin say ardıcıllığı ilə yer ayrılacaq”.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan 7 seçki dairə var. Bu dairənin namizədlərinə Naxçıvan dövlət televiziyasında və “Şərq qapısı” qəzetində eyni qaydada yer ayrılacaq.
Lent.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının hazırda davam edən iclasında bu barədə qərar səsə qoyularaq qəbul edilib.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
6 may 2025 , 19:37
Bəzi partiyaların maliyyə yardımı dayandırıldı - AÇIQLAMA
6 may 2025 , 17:49
Ramzan Kadırov vəzifədən gedir
6 may 2025 , 17:01
Azər Badamov Moskvada saxlanılmasından DANIŞDI - MÜSAHİBƏ
6 may 2025 , 16:36
Kremldən erməni diasporuna ötürülən mesaj - APA ŞOK SƏNƏDLƏRİ YAYDI
6 may 2025 , 14:53
Azərbaycanın müraciətləri cavabsız qalıb - Rusiya təyyarə qəzasının sirrini açmaq istəmir
6 may 2025 , 13:13
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda fəaliyyətini dayandırır
6 may 2025 , 11:41