Kəmaləddin Heydərov Avstriyanın və Niderlandın Azərbaycandakı səfirlərini qəbul edib
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Kəmaləddin Heydərov xanım Silvia Mayer-Kaybiçilə görüş zamanı ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq, Avstriyanın Azərbaycanda yeni açılmış səfirliyinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
Daha sonra K.Heydərov FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və planlaşdırılan layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə səfiri məlumatlandırıb.
Səfir də öz növbəsində hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərilməsinin əhəmiyyətini qeyd edib.
Nazir Niderland Krallığının yeni təyin olunmuş səfiri cənab Ayren Piter Uyterlindenlə
görüş zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturu və iş prinsipi barədə ona məlumat verib. Səfir də öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib. Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53