Daha 4 ölkədə səfirliyimiz olacaq
Bu gün Milli Məclisin üçüncü çağırışda keçirilən sonuncu iclasında bir neçə xarici ölkədə Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi barədə qanun layihələri təsdiqlənib.
Lent.az-ın məlumatına görə, iclasda Azərbaycanın Cənubi Afrika, Braziliya, İraq və Vyetnam respublikalarında yaradılması nəzərdə tutulur. Bu səfirliklər müvafiq olaraq Pretoriya, Braziliya, Bağdad və Hanoy şəhərlərində fəaliyyət göstərəcək.
Qanun layihələri parlamentdə səsə qoyularkən yəhudi əsilli millət vəkili Yevda Abramov Azərbaycanın İsraildə də səfirliyinin açılmasının vacibliyini söyləyib. O, qeyd edib ki, Azərbaycanda çoxlu sayda yəhudi əsilli vətəndaşlar yaşayır. Artıq İsrail və Azərbaycan vətəndaşları arasında qohumluq əlaqələri də genişlənib. Lakin İsraildə səfirlik olmadığından oradan Azərbaycana – qohumlarına baş çəkməyə, xeyir-şərdə iştirak etməyə gəlmək istəyənlər çox çətinliklərlə üzləşir. Bu səbəbdən İsraildə də Azərbaycan səfirliyinin yaradılmasına böyük ehtiyac var.
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov isə xarici ölkələrdə səfirliklərin yaradılması məsələsinin müasir dövrün tələbləri çərçivəsində həll edildiyini söyləyib. Onun sözlərinə görə, yaxın gələcəkdə İsraillə də bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02