15 nəfərin öldüyü kafenin sahibi  azərbaycanlı deputat   kimdir?
05 noyabr 2022 13:50 (UTC +04:00)

15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat kimdir?

Dünən axşam Rusiyanın Kostroma şəhərində 15 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi kafenin vilayət dumasının deputatına məxsus olması ortaya çıxıb. Həmin deputatın isə azərbaycanlı İxtiyar İldır oğlu Mirzəyev olduğu məlum olub. 

Bəs, Kostroma Vilayət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü olan İxtiyar İldir oğlu Mirzəyev kimdir? 

Lent.az kiçik bir araşdırma edərək onunla bağlı bir neçə faktı təqdim edir: 

İxtiyar İldır oğlu Mirzəyev 1969-cu il martın 8-də Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində anadan olub. 

O, 1993-cü ildə Kostroma Texnologiya İnstitutunun Ağac emalı texnologiyası fakültəsinin texnoloji mühəndis ixtisası üzrə təhsil alıb. Mirzəyev əmək fəaliyyətinə 1993-cü ildə Rusiyanın Kostroma şəhərindəki ağac emalı zavodunda başlayıb. 1994-cü ilin may ayına qədər burada işləyib. 

O, 1998-ci ilin aprelindən 2005-ci ilin oktyabr ayına qədər “Nur" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb. 2005 - 2006-cı illərdə  28173 saylı hərbi hissədə 4 saylı ev təsərrüfatı mühəndisi kimi fəaliyyət göstərib.

2006-cı ilin dekabr ayından indiyədək “Poliqon” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorudur. 

O, 2005-ci ilin dekabrından 2010-cu ilin oktyabrına qədər IV çağırış, 2010 - 2015-ci illər arasında V çağırış Kostroma Regional Dumasının deputatı olub. 

İxtiyar Mirzəyev 2015-ci ildən bu günə kimi VI çağırış Kostroma Regional Dumasının deputatıdır. O, İqtisadi, Sənaye Siyasəti və Sahibkarlıq Komitəsinin də üzvüdür.  Bundan əlavə, Bank işi və Maliyyə Komitəsində də təmsil olunur.

Onu da qeyd edək ki, İxtiyar Mirzəyev 2018-ci il iyulun 12-də Kostroma Regional Dumasının iclasında pensiya yaşının artırılmasının lehinə səs verib.

Xatırladaq ki, dünən baş vermiş yanğın 3,5 min kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində Kostromada ən azı 15 nəfər həlak olub. Çoxsaylı yaralı var. Ölənlərin sayı isə durmadan artır. 

İddialara görə, kafeyə gələn ziyarətçilərdən biri qəzəblənərək raket atan çıxararaq, atəş açıb. Hüquq-mühafizə orqanlarının artıq şübhəlinin axtarışına başladığı bildirilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7272
avatar

Sevinc Fərid

Oxşar yazılar