Adolf Hitler beşinci dəfə  qalib gəldi
27 noyabr 2025 14:46 (UTC +04:00)

Adolf Hitler beşinci dəfə qalib gəldi

0

59 yaşlı siyasətçi Adolf Hitler Uunona Namibiyada daha bir seçkidə qalib gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu, onun Ompunca rayonundakı regional seçkilərdə ardıcıl beşinci qələbəsidir.

Adolf Hitler Uunona rayonu 2004-cü ildən bəri idarə edir. Siyasətçi əvvəllər deyib ki, atası ona bu adın tarixi əhəmiyyətini anlamadan verib.

"Uşaq vaxtı bunun tamamilə normal bir ad olduğunu düşünürdüm. Yalnız böyüdükdə başa düşdüm ki, bu adam dünyanı fəth etmək istəyir. Mənim belə şeylərlə heç bir əlaqəm yoxdur", - siyasətçi 2020-ci ildə Almaniyanın "Bild" qəzetinə bildirib.

Adolf  Hitler Uunona adını dəyişdirmək planında deyil və qeyd edir ki, bu ad artıq bütün rəsmi sənədlərdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar