Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstradisiya edilib.
Lent.az xəbər verir ki, xarici ölkələrin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 41 yaşlı Rusiya vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatətini Azərbaycanın Baş Prokurorluğu təmin edib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-dəki Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.