Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini   yerləşdirməyəcək
11 avqust 2025 17:26 (UTC +04:00)

Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini yerləşdirməyəcək

Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Lent.az-ın xəbərinə görə, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb.

Sənədə əsasən, tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar