Ermənilər Daşkəsən, Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu
03 sentyabr 2023 08:38 (UTC +04:00)

Ermənilər Daşkəsən, Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu

Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Paşalı rayonunun Martiros yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Lent.az xəbər verir ki, b u barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3268

Oxşar yazılar