Ermənilər Naxçıvanı  atəşə tutdu
08 sentyabr 2023 15:19 (UTC +04:00)

Ermənilər Naxçıvanı atəşə tutdu

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələrinin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2600

Oxşar yazılar