Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırdı
05 sentyabr 2023 18:33 (UTC +04:00)

Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırdı

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, 2018-ci ildən bu vəzifəni icra edir. Ermənistan liderinin fərmanında qeyd olunur ki, Biyaqovun KTMT-də daimi nümayəndə vəzifəsindən geri çağırılması ilə bağlı qərar baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul edilib.

Xaçaturyanın digər sərəncamı ilə o, Niderlandda səfir və Ermənistanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) nümayəndəsi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4244

Oxşar yazılar