Gültəkin Hacıbəyli BU SƏLTƏNƏTİ  necə qazanıb? - Cavab verməyin vaxtıdır
19 dekabr 2025 12:50 (UTC +04:00)

Gültəkin Hacıbəyli BU SƏLTƏNƏTİ necə qazanıb? - Cavab verməyin vaxtıdır

0

Xəbər verdiyimiz kimi, Türkiyə məhkəməsi Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin 5 il müddətinə deport edilməsi ilə bağlı qərar çıxardı. 

Görünən odur ki, yaxın günlərdə Gültəkin Hacıbəylinin Azərbaycana ekstradisiya olunması mümkündür. 

Gültəkin Hacıbəylinin və onun Milli Şurada təəssübünü çəkən kiçik bir dəstənin ondan "müxalif siyasətçi" düzəltmək cəhdlərinə isə cəmiyyət reaksiya vermir. Çünki cəmiyyət Gültəkini çoxdan tanıyır. Onun deputat olduğu vaxtlarda öz doğulduğu Goranboy rayonunda əhalinin canını boğazına yığdığı, Ramiz Mehdiyevin himayəsi ilə daş karxanaları, hektarlarla torpaq sahəsi işğal etməsini cəmiyyət unutmayıb.

Gültəkin Hacıbəyli həm də Milli Məclisdəki məşhur intriqaları, parlamentdən Ramiz Mehdiyevə söz daşıması, bir-iki deputat rəfiqəsi ilə deputat həmkarlarına qarşı şər-böhtan kampaniyası qurması ilə xatırlanır. Ramiz Mehdiyevin dəstəyi ilə bu böhtanlar mətbuatda da dövr etdirilir və deputatın "qələmi qırılırdı". 

İndi isə Gültəkin Hacıbəylinin cavab vermək vaxtı çatıb. Çünki hər kəs törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir. 

Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin adamı olması, Cəmil Həsənli kimi onun da radikal müxalifət düşərgəsinə yerləşdirilməsi və siyasi proseslərin manipulyasiyasında hər ikisindən istifadə olunması barədə mediada dəfələrlə yazılıb.

Xəyanətin başlanğıcı

Ölkə mediasında yayılmış məlumatlara görə, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, Gültəkin Hacıbəylinin deputat seçilməsində də Ramiz Mehdiyevin böyük rolu və xeyir-duası olub. Bu əlaqələr Gültəkin Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Hətta Ramiz Mehdiyev Gültəkin Hacıbəylini “xidmətlərinə və ona sadiqliyinə görə” bir neçə dəfə mükafatlandırıb. Ona külli miqdarda pullar və Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda iki ev hədiyyə edilib. Həmin evlərin ünvanları, sənədləri və fotoları da mediada yayılıb. 

Gültəkin Hacıbəylinin Goranboy səltənəti

Mətbuatda yayılan məlumatlar onu deməyə əsas verir ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə təkcə Bakı şəhərində evlər hədiyyə etməklə kifayətlənməyib, ona bir vaxtlar deputatı olduğu Goranboy rayonunda da mal-mülk, karyerlər və hektarlarla torpaq sahibi olması üçün də geniş şərait yaradıb. 

Bu gün goranboylular Gültəkin Hacıbəylini ancaq şəxsi maraqlarını güdmüş, hektarlarla əraziləri zəbt edib sonra həmin torpaq səhələrini hissə-hissə satışa çıxaran deputat kimi xatırlayırlar. 

Goranboylular özləri də qeyd edirlər ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin himayəsi altında deputat seçildikdən sonra rayonda böyük səltənətə sahib olub. Bu adam hətta hektarlarla pay torpaqlarını mənimsəyərək onun üzərində özünə malikanələr, evlər tikib. Zəbt etdiyi bəzi torpaqları isə sonradan hissə-hissə satışa çıxarıb.  

Gültəkin Hacıbəylinin nakam arzusu...

Sakinlər deyir ki, Gültəkin Hacıbəylinin Goranboyda arzusuna çatmadığı bir iş qalıb. O da rayonda tikintisinə başlaya bilmədiyi ticarət mərkəzidir. Həmin ticarət mərkəzi Goranboyun məşhur Goran dairəsində olmalıymış. Ramiz Mehdiyevin köməkliyi ilə Gültəkin Hacıbəyliyə deputat olduğu dönəmdə ticarət mərkəzinin tikilməsi üçün 500 kv/m ərazi ayrılıb. Lakin növbəti dəfə mandat əldə edə bilməyən Gültəkin Hacıbəyli arzusunu gerçəkləşdirə bilməyib və inşaat işləri yarımçıq qalıb.

Göründüyü kimi, bu gün "günahsız mələk", insan hüquqlarının müdafiəçisi, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübariz obrazı yaratmaq istəyən Gültəkin Hacıbəyli millətə vəkillik etməli olduğu illərdə himayədarı Ramiz Mehdiyevin yaratdığı şəraitdən yaralanaraq Goranboyda özünə əməlli-başlı səltənət qurub. Bütün bu faktlar onun gizli simasını ortaya qoyur. 

Bu gün cəmiyyətin tələbi riyakar keçmişi olmuş, vətənə xəyanət yolu tutmuş Ramiz Mehdiyev, Gültəkin Hacıbəyli, Əli Kərimli, Abbas Abbasov kimi adamların tezliklə qanun qarşısında cavab vermələrinin təmin edilməsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar