Paşinyandan Şuşanın erməni şəhəri olmadığına dair ETİRAF
20 iyun 2023 13:38 (UTC +04:00)

Paşinyandan Şuşanın erməni şəhəri olmadığına dair ETİRAF

Ermənistanın baş naziri Nikol Paşinyan Şuşa ilə bağlı onun ünvanına səsləndirilən ittihamlara cavab verib.

Lent.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, bu barədə 44 günlük müharibənin detallarını araşdıran komissiyanın iclasında çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, oktyabrın 19-da Rusiya prezidenti ona Azərbaycan tərəfinin yeni tələbini - 90 faizi azərbaycanlı olan şəhərə əhalinin geri qayıtmasına zəmanət verilməsi barədə məlumat verib: “Rusiya tərəfi üçün bu təklif  başadüşüləndir, çünki illər əvvəl danışıqlar masası üzərində olan nizamlanmanın rus variantında qaçqın və köçkünlər məsələsi nəzərdən keçirilirdi”.

Beləliklə, Paşinyan hesab edib ki, bundan belə nəticə çıxır ki, Şuşa məsələsi həmişə danışıqlar masasında müzakirə olunub.

O, Şuşa əhalisinin 90 faizinin azərbaycanlılardan ibarət olduğu halda, onu erməni şəhəri adlandırmağın çətin olduğu fikrini bir daha təkrarlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2924

Oxşar yazılar