Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu  düşünmür
14 avqust 2025 23:55 (UTC +04:00)

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.

Lent.az-ın xəbərinə görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür.

“Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274

Oxşar yazılar