Putin Rusiyanı NATO-ya qoşmaq   istəyib – Buşla gizli danışıqların TƏFƏRRÜATLARI
26 dekabr 2025 14:49 (UTC +04:00)

Putin Rusiyanı NATO-ya qoşmaq istəyib – Buşla gizli danışıqların TƏFƏRRÜATLARI

0

Rusiya prezidenti Vladimir Putin ölkəsini NATO-ya daxil etmək niyyətində idi, lakin bir detal onun buna mane olub.

Rusiya lideri Vladimir Putin ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında bir neçə söhbətin transkriptləri ABŞ-da dərc olunub. Söhbətlərin birində Kreml lideri Rusiyanın NATO-ya qoşulması ehtimalını irəli sürüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sənədləri müstəqil beyin mərkəzi olan Milli Təhlükəsizlik Arxivi (National Security Archive) açıqlayıb və məhkəmələr vasitəsilə onların məxfiliyinin açılmasını təmin edib.

2001-ci il iyunun 16-dakı söhbətində Putin SSRİ-nin əvvəllər NATO-ya qoşulmaq istəyini bildirdiyini xatırladıb və əvvəllər göstərilən imtina səbəblərinin əhəmiyyətsiz hala gəldiyini nəzərə alaraq, bunun indi yenidən nəzərdən keçirilə biləcəyi məsələsini qaldırıb. O, həmçinin Ukraynanın alyansa qəbul edilməməsini xahiş edib.

"Rusiyanın düşmən olmadığını deyəndə vacib bir qeyd etdiniz. 50 ildən sonrakı gələcək haqqında dedikləriniz də vacibdir (söhbətin əvvəlində Buş Çinin həmin müddətdə təhlükəyə çevrilə biləcəyini qeyd edib - red.). Rusiya, ABŞ kimi, avropalı və çoxmillətlidir. Təsəvvür edə bilirəm ki, biz müttəfiqik. Yalnız təcili zərurət bizi başqaları ilə ittifaqa doğru itələyə bilər. Amma biz hiss edirik ki, NATO-dan kənarda qalmışıq", - Putin bildirib.

O, xatırladıb ki, 1954-cü ildə SSRİ NATO-ya qoşulmaq üçün müraciət edib, lakin dörd səbəbdən rədd cavabı alıb: həll olunmamış Avstriya və Almaniya məsələləri, Şərqi Avropa üzərində totalitar nəzarət və BMT-nin himayəsi altında tərksilah prosesində əməkdaşlıq etmək zərurəti.

O, artıq bu şərtlərin yerinə yetirildiyini və Rusiyanın müttəfiq kimi çıxış edə biləcəyini qeyd edib. Buş bu sözlərə cavab verməyib və başqa bir mövzuya keçib. Putin həmçinin vurğulayıb ki, hətta Soyuq müharibə dövründə belə ABŞ-ı heç vaxt təhlükə hesab etməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar