Ramiz Göyüşov
10 sentyabr 2021 15:39 (UTC +04:00)

Ramiz Göyüşov

Ramiz Göyüşov YAP-dan çıxarıldı - YENİLƏNİB

0

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

***

15.05

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

İclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.

İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.

***

08:06

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3844

Oxşar yazılar