Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadənin qondarma erməni soyqırımı ilə bağlı "Yeni TV"-də etdiyi çıxışı Türkiyə mediasında da maraqla qarşılanıb.
Lent.az xəbər verir ki, qardaş ölkənin nüfuzlu "Habererk.com" xəbər portalı Çingiz Qənizadənin sözügedən çıxışına geniş yer ayırıb.
Çingiz Qənizadə çıxışında bildirib ki, əslində soyqırım ermənilər tərəfindən Türkiyədə, Qarabağda, Bakıda, Xocalıda bütün dünyanın gözü qarşısında azərbaycanlılara, türklərə və müsəlmanlara qarşı törədilib:
"Nə üçün ABŞ prezidenti Co Bayden 100 il əvvəl heç bir dəlil-sübutu olmayan bir məsələni gündəmə gətirir, amma yaxın tarixdə və bütün dünyanın gözü qarşısında Xocalıda törədilən soyqırımı dilə gətirmək istəmir. Qondarma erməni soyqırımından savayı, Xocalıda erməni vəhşiliyinin görüntüləri var, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın fakt olması göz önündədir. Nə üçün ABŞ, Fransa rəhbərliyi Xocalı soyqırımından danışmaq istəmir? Bütün bunlar bir daha sübut edir ki, Qərb, ABŞ qondarma soyqırım iddiası üzərindən Türkiyə ilə "siyasi alver" etməyə çalışır".
Çingiz Qənizadənin çıxışının tam hissəsi ilə tanış ola bilərsiniz:

Sabiq deputatın çıxışı Türkiyə mediasında - VİDEO
Oxşar yazılar

Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15
“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı
30 aprel 2025 , 23:05
Azərbaycan-İran münasibətlərində YENİ SƏHİFƏ
30 aprel 2025 , 18:37
Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq
30 aprel 2025 , 18:27
İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü - FOTOLENT
30 aprel 2025 , 15:30
Tramp Roma Papası olmaq istəyir
30 aprel 2025 , 14:22