“Sülh göyərçini”, yoxsa  “sülh quşu”?
25 yanvar 2024 17:21 (UTC +04:00)

“Sülh göyərçini”, yoxsa “sülh quşu”?

Xəbər verildiyi kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləmədi. Səsvermədən öncə çıxış edən Ukrayna və Türkiyə nümayəndələri Assambleya üzvlərini doğru qərar qəbul edərək təşəbbüsü dəstəkləməməyə çağırdılar. Lakin qurumun Azərbaycana qarşı qərəzi yenə öz sözünü dedi. Beləliklə AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərar qəbul edildi. 

Azərbaycana qarşı səs verən ölkələrdən biri də Ermənistandır. Azərbaycan nə qədər sülh tərəfdarı olsa da, daim bu təşəbbüslə bəyanatlar versə də və çağırışlar etsə də qarşı tərəf isə öz məkirli siyasətindən əl çəkmir. 

Azərbaycana qarşı səsvermədə fəallıq göstərən Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan hələ müharibədən sonra özünü “sülh göyərçini” kimi təqdim etməklə məşğul idi. Hətta o, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, sərhədlərin açılması üçün dəridən-qabıqdan çıxırdı. Unutmaq lazım deyil deyil ki, Ruben Rubinyan Paşinyanın ən yaxın silahdaşlarından biridir və bir başa onun diqtəsi ilə hərəkət edir. Paşinyan nə qədər sülh tərəfdarıdırsa, Rubinyan da bir o qədər sülh sevərdir. 

AŞPA-da Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndəsi seçilən Ruben Rubinyan sərhədlərin açılması və münasibətlərin normallaşmasına dair Türkiyənin Ermənistanla danışıqlarda təmsilçisi Serdar Kılıçla indiyədək bir neçə dəfə görüşüb. Yəqin ki, Türkiyə hökuməti baş verən prosesləri diqqətlə izləyir və ölkələrimizin milli maraqlarına yönələn istənilən addımın qarşısını qətiyyətlə alacaq. 

Bu arada, cənab Kılıç da ehtiyatlı olmalıdır. O bilməlidir ki, üzdə sülh, münasibətlərin normallaşmasına tərəfdar kimi çıxış edən Rubinyan, əməldə gərginliyin saxlanması və sülh razılaşmasından uzaqlaşmağa yönələn xəttin tərəfdarıdır. 

Ümid edirik ki, Serdar Kılıç bu məqamı nəzərə alacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4005
avatar

Oxşar yazılar