Erkin Qədirli və Vüsalə Dadaşova namizədliyini geri götürdü
14 oktyabr 2015 18:28 (UTC +04:00)

Erkin Qədirli və Vüsalə Dadaşova namizədliyini geri götürdü

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 2 nəfər bu gün namizədliyini geri götürüb. Dairə Seçki Komissiyasından Lent.az-a bildirilib ki, REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli və Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin dosenti Vüsalə Dadaşova bu gün DSK-ya ərizə ilə müraciət edərək, namizədliklərinin ləğv edilməsini və adlarının seçki bülletenindən çıxarılmasını xahiş ediblər.

 

Hər iki şəxs namizədliyini geri götürməsinin səbəbini göstərməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar