“Milli Məclisin qəbul etdiyi qanunların icrası üçün lazımı nəzarət yoxdur. Ona görə də mən təklif edirəm ki, ya Milli Məclisin, ya da Nazirlər Kabinetinin tərkibində daimi fəaliyyət göstərən, qanunların icrasını analiz edən və icra mexanizminin təkmilləşdirilməsi ilə məşğul olan xüsusi komissiya yaradılsın”.
Lent. az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Elmira Axundova çıxış edib. Deputat bildirib ki, bu komissiya apardığı araşdırmalarla bağlı Milli Məclis qarşısında hesabat verə və ya tövsiyələr irəli sürə bilər: “Daha sonra isə bu təkliflər və tövsiyələr məsul nazirlik və ya dövlət qurumuna göndərilə bilər. Vətəndaşların qanunlara olan inamını artırmaq lazımdır. Bunun üçün də qanunların qeyd-şərtsiz hamı üçün eyni qaydada tətbiqinə nail olmaq lazımdır”.
Milli Məclisin spikeri Oqtay Əsədov isə deputata cavabında deyib ki, belə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur: “İndoneziya parlamentində bir yuxarı, bir aşağı, bir də barışdırıcı palata var. Bizdə də belə bir şey yaradılsın? Buna ehtiyac yoxdur. Hər kəs öz işini düzgün görsə, belə problemlər də olmaz”.

Milli Məclisdə xüsusi komissiya yaradılması təklif edildi
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59