Milli Şura meriyadan yenə “Məhsul”u istədi
06 dekabr 2013 17:43 (UTC +04:00)

Milli Şura meriyadan yenə “Məhsul”u istədi

Milli Şura dekabrın 15-ə təyin etdiyi mitinqi prezident seçkilərində olduğu kimi yenə “Məhsul” stadionunda keçirmək istəyir.

 

Bu barədə Lent.az-a Milli Şuranın üzvü Tural Abbaslı məlumat verib.

 

O bildirib ki, artıq mitinq keçirməyə razılıq verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edilib.

 

Müsavat Partiyasının Divan üzvünün sözlərinə görə, BŞİH-dən mitinq keçirmək üçün “Məhsul” stadionunu, Nəsimi rayonunda 1-ci mikrorayon ərazisindəki parkı, Nərimanov rayonu “Ulduz” metrostansiyasının qarşısındakı meydançanı, Binəqədi rayonu “Dərnəgül” metrostansiyasının yaxınlığında meydançanı və Nərimanov rayonu ərazisindəki Nərimanov parkını istəyiblər.

 

BŞİH-in icazə verdiyi bu yerlərdən birində dekabrın 15-də saat 16:00-dan 18:00-adək mitinq keçiriləcək.

 

MŞ üzvü bildirib ki, mitinqdə əsasən “Bahalaşmaya son”, “Qiymətlər endirilsin”, “Dövlət əhaliyə xidmət üçündü” kimi şüarlar səsləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar