“Bu gün Azərbaycanda bir sıra siyasi partiyalar yaranmış QHT-lər vasitəsilə maliyyələşir. Ona görə də həmin partiyalar bu günə qədər öz maliyyə hesabatlarını bir dəfə də təqdim etməyiblər. Halbuki bütün ili şəffaflıqdan danışırlar”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü iclasında QHT-lər haqqında qanuna təklif edilən dəyişiklər zamanı çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, siyasi partiyaların rəhbərlərinin gəlir deklarasiyaları ilə bağlı hesabatlarında onların gəlirləri sıfır yazılıb: “Bunlar sıfırla yaşayırlar. Heç nə yoxdu, ancaq günü-gündən rəngi açılır, çəkisi artır, sürücülər, cangüdənlər saxlayır. Bunların qərargahlarına göydən dollar yağır, bizim xəbərimiz yoxdur?”.
S.Novruzovun sözlərinə görə, bu gün müəyyən dini qurumlar var ki, onlar dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı açıq fəaliyyətlə məşğuldurlar: “Biz bu yaxınlarda həmin şəxslər arasında atışmanın da şahidi olduq. Düzdür, polislərimiz operativ reaksiya ilə bunun qarşısını aldılar. Ona görə də bu məsələlərlə bağlı qanunlar sərtləşdirilməlidir”.

Siyavuş Novruzov: “Azərbaycanda bəzi partiyalar QHT-lər vasitəsilə maliyyələşir” - YENİLƏNİB
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59