Yeni Azərbaycan Partiyasının icra aparatının sədr müavini Siyavuş Novruzov iqtidar-müxalifət dialoqundan danışıb.
Lent.az-ın məlumatına görə, deputat jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyəti ilə müxalifət arasında dialoq mütəmadi olaraq aparılır: “Müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etmir, ancaq biz, parlamentdə təmsil olunan digər müxalifət partiyaları ilə mütəmadi dialoq aparırıq.
Yap rəsmisi eyni zamanda son günlərdə Ukraynada yaşanan hadisələrin Azərbaycanda da baş verə biləcəyi ehtimalından danışıb. O deyib ki, bu hadisələr Azərbaycanda təkrar oluna bilməz, çünki ölkəmizdə xalqla iqtidar bir yerdədir.
Deputat bildirib ki, kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək: “Azərbaycan xalqı öz prezidentin dəstəkləyir. Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentini seçib və onun siyasətini müdafiə edir. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur”.

Siyavuş Novruzov Ukrayna hadisələrindən danışdı - YENİLƏNİB
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59