“Hyundai” avtomobil sahiblərini “Mən də iştirak edirəm” deməyə səslədi - FOTO
Valideynlərini avtomobil qəzalarında itirən və qəzalardan zərər çəkən uşaqlara yardım kampaniyası çərçivəsində müraciətlərin qəbuluna başlandı. “Gələcəyimiz üçün əl-ələ” adlanan kampaniya bütün Azərbaycanı əhatə edir. Qəzanın baş verdiyi avtomobilin markasından, günahkarın kimliyindən asılı olmayaraq, avtomobil qəzalarının ehtiyaca saldığı hər bir ailə yardım üçün müraciət edə bilər. Müraciətlər Hyundai brendinin Azərbaycandakı eksklüziv distribüteri Auto Azərbaycan şirkətinin ofisində qəbul olunur.
Hyundai markasının sürətlə inkişafında və şirkətin genişlənməsində Hyundai avtomobil sahiblərinin rolu əvəzsizdir. Brendə qatdıqları yüksək dəyərə görə “Gələcəyimiz üçün əl-ələ” kampaniyasında bütün Hyundai sahiblərinin iştirak payı var.
“Hyundai markasının məqsədi bu kampaniya barədə daha geniş məlumat yaymaq və zərər çəkmiş daha çox ailəyə yardım etməkdir. Buna görə də “Gələcəyimiz üçün əl-ələ” kampaniyasında “Mən də iştirak edirəm” deyən, sosial media səhifələrində və avtomobillərində bu aksiyada iştiraklarını bildirən nişanları paylaşan və ya gəzdirən hər bir Hyundai sahibinə təşəkkür edirik” - bunu kampaniyanın başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Auto Azərbaycan şirkətinin PR meneceri Firdovsi Xəlilov dedi.
Firdovsi Xəlilov qeyd etdi ki, “Gələcəyimiz üçün əl-ələ” kampaniyası Hyundai şirkətinin bütün dünyada həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir. Kampaniya 2010-cu ildən Azərbaycanda keçirilir. 2010-2011-ci illərdə 130-aə yaxın uşağa 150 min dollaradək yardım edilib.
Avtomobil qəzalarından zərər çəkən ailələrdən müraciətlər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 118 (keçmiş Dərnəgül şossesi) ünvanında qəbul edilir.
Müraciət qaydalarını öyrənmək üçün telefon:
(+99412) 490 2626 (əlavə: 5105/06 )

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı-FOTO
22 iyul 2025 , 07:10
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09