Prokurorluqda işləmək istəyənlər sabah imtahan verəcəklər
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, işə qəbulla bağlı ərizə qəbulu Azərbaycan Respublikası Prokurorluğu tərəfindən aparılıb.
Azərbaycan Respublikası Prokurorluğunda 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb. İmtahan sabah saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) başlanır. İmtahanın keçirilməsi qaydaları namizədlərə “Yaddaş kitabçası”nda təqdim olunub. Test imtahanı 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
2002-ci ildən hal-hazıradək TQDK ilə əlaqəli şəkildə Baş Prokurorluq üzrə 6 (2002, 2004, 2006, 2007, 2009, 2011-ci illər), Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 4 (2003, 2005, 2007, 2009-cu illər) müsabiqə keçirilmiş, həmin müsabiqələr zamanı prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 3083 nəfər namizəddən uğur qazanmış 499 nəfəri prokurorluq orqanlarına qulluğa qəbul edilib.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı-FOTO
22 iyul 2025 , 07:10
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09