Şurada QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanır - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət İşçi Qrup tərəfindən müzakirə edilib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müzakirəni açan Şura sədri Azay Quliyev deyib ki, mayın 25-də yaradılan İşçi Qrup Proqramın əsas layihə müddəalarını hazırlayıb və İşçi Qrupunun üzvləri arasında paylaşıb.
Azay Quliyev bildirib ki, Proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün İşçi Qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir. “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın təqdim edilmiş layihə əsasında İşçi Qrup üzvləri tərəfindən ayrı-ayrı istiqamətlər üzrə işlənərək təkmilləşdirilməsi məqsədəuyğun sayılıb. Proqramın ilk variantının sentyabrın 30-da müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.

Oxşar yazılar

Avqustda hansı BÜRCLƏR əsl “pul maqnitinə” çevriləcək?
7 avqust 2025 , 00:02
Yadplanetlilər yerə hücum edə bilərlər – Tarix AÇIQLANDI
6 avqust 2025 , 20:15
Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın
6 avqust 2025 , 19:59
Soğan bütün il boyu xarab olmayacaq: ən yaxşı saxlama üsulu
6 avqust 2025 , 19:31
Üç BÜRCƏ tezliklə arzularını yerinə yetirmək şansı veriləcək
6 avqust 2025 , 18:32
Doqquz Roma Papası görən qadın: Dünyanın ən yaşlı rahibəsi uzunömürlülüyün sirrini bölüşür
6 avqust 2025 , 18:02
Bakının bu qəsəbəsində işıq olmayacaq
6 avqust 2025 , 16:20