“Azərikimya”nın təcili tibbi yardım stansiyası fəaliyyətə başladı
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində yaradılmış yeni təcili tibbi yardım stansiyası bu günlərdə kimyaçıların ixtiyarına verilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, stansiyada qeydiyyat otağı, xəstələrə keyfiyyətli tibbi xidmət göstərəcək müayinə, müşahidə və reanimasiya otaqları, tibbi personal üçün nəzərdə tutulmuş xüsusi kabinetlər fəaliyyət göstərir.
Müasir səhiyyə standartlarına uyğun şəkildə yaradılmış stansiya yeni tibb avadanlıqlar – kardiomonitor, süni tənəffüs, sorma aparatları və s. ilə təmin olunub. Bununla da kimyaçıların yeni tibb ocağı ağırlıq dərəcəsindən asılı olmayaraq, hər bir xəstəni tam müayinə etmək və lazımi təcili ilkin tibbi yardım göstərmək imkanına malikdir. Xəstələrin diaqnozu, göstərilən tibbi yardım, müalicə prosesinin müşahidəsi, təyin olunan dərman preparatları, həmçinin hər bir pasient haqqında fərdi tibbi-diaqnostik məlumatlar xüsusi kompüter sistemində yerləşdirilir və ARDNŞ-nin Mərkəzi Neftçilər Xəstəxanasının mərkəzləşdirilmiş kompüter sisteminin bazasına daxil edilir. Bu isə gələcəkdə MNX-ya müraciət edəcək hər bir kimyaçı haqqında müəyyən xəstəliklə bağlı əvvəlcədən ətraflı məlumatın olmasını təmin edir və növbəti mərhələdə müalicənin daha düzgün və uğurlu aparılmasında mühüm əhəmiyyət daşıyır.
Təcili tibbi yardım stansiyasında həkim (kardioloq və reanimatoloqlar), tibb bacısı və ehtiyac olduqda təcili tibbi yardım göstərə biləcək sürücülərdən ibarət 4 briqada çalışır. Tibbi və xidmət personalı 3 ay ərzində Mərkəzi Neftçilər Xəstəxanasında müvafiq treninqlər keçərək ilkin təcili tibbi yardım göstərmək üçün lazımi təlimat alıb, müvafiq təcrübə qazanıb. Stansiya fasiləsiz işləyir. ARDNŞ tərəfindən stansiyanın sərəncamına “Ford” markalı müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunmuş yeni “Ambulans” maşını ayrılıb. Gələcəkdə Etilen-polietilen zavodunun ərazisində Mərkəzi Neftçilər Xəstəxanasının şöbəsinin də açılması nəzərdə tutulub.

Oxşar yazılar

Vakansiya seçimi ilə bağlı etirazlara CAVAB
7 avqust 2025 , 14:56
Yer kürəsində ən çox yağıntı düşən yer - ildə 300 gün yağış yağır
7 avqust 2025 , 14:37
Çimərliklərdən uşaqlara virus yayılır? - Suçiçəyinə bənzəyir, lakin...
7 avqust 2025 , 14:07
Bred Pitt həyatında ən dəyərli insanla vidalaşır
7 avqust 2025 , 13:08
Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU
7 avqust 2025 , 12:53
“90 yaşım var, güclə beş addım atıram...” - Artur Rasi-zadə DANIŞDI
7 avqust 2025 , 12:21
Qızıl, ağaclar və tarakan: yuxuda sürətli sərvət vəd edən 7 ilahi əlamət
7 avqust 2025 , 11:04