Şeyxülislama qızıl hədiyyə verildi
İslam Kərimov Allahşükür Paşazadəyə “balaca Səmərqənd” göndərib
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İqraşev qəbul edib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, görüşdə məqsəd Özbəkistan prezidenti İslam Kərimovun Paşazadənin 60 illik yubileyi və Şeyxülislam olmasının 30 illiyi münasibətilə göndərdiyi təbrikləri QMİ sədrinə çatdırmaq olub.
A.Paşazadə səfirlə görüşündə Sovetlər dönəmində yalnız Səmərqənddə mədrəsə olduğunu deyib. Şeyx 18 yaşından 27 yaşınadək orta və ali məktəbi orada oxuduğunu, Səmərqəndin torpağının və adamlarının ona əziz və doğma olduğunu bildirib: “Orada mən böyük iltifat və hətta elə adam vardı ondan analıq da görmüşdüm. Səmərqənddə müxtəlif millətlərdən olan sünni və şiə müsəlmanları təhsil alırdı. Müxtəlif millətlərdən olmağımıza baxmayaraq bizi bir əqidə birləşdirirdi”.
Daha sonra Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İqraşev çıxış edib. O, Şeyxülislamı təbrik edərək onun İslam dünyasındakı rolunun əhəmiyyətini vurğulayıb. Daha sonra İslam Kərimovun təbrik məktubunu oxuyan səfir Özbəkistan Prezidentinin qiymətli hədiyyəsini Şeyxülislama təqdim edib. Bu, Səmərqəndin məşhur Registan meydanının xalis qızıldan hazırlanmış maketi olub.
Pərvin ABBASOV

Oxşar yazılar

Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR - İDDİA
14 may 2025 , 13:28
Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13
Bakıda palçıqlı ayaqqabılarla dərsə gedən uşaqlar, “qulaqlıqlı məmurlar”
14 may 2025 , 11:58
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək davam edəcək?
14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA
14 may 2025 , 09:54