Azərbaycan və Ukrayna FHN arasında Tədbirlər Planı imzalanıb
18 sentyabr 2009 14:45 (UTC +04:00)

Azərbaycan və Ukrayna FHN arasında Tədbirlər Planı imzalanıb

0
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Ukraynanın Fövqəladə Hallar və Çernobl fəlakətinin aradan qaldırılması Nazirliyi arasında “Əməkdaşlıq barədə Kompleks Tədbirlər Planı” imzalanıb.

APA-nın məlumatına görə, sənədi Azərbaycan tərəfdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ukrayna tərəfdən isə fövqəladə hallar və Çernobl fəlakətinin aradan qaldırılması naziri Vladimir Şandra imzalayıblar. Sənəd 2009-2011-ci illəri əhatə edir. Tədbirlər planı çərçivəsində müvafiq qurumlar kadr hazırlığı, yanğın təhlükəsizliyi, radioaktiv təhlükəsizlik və s. sahələrdə əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimində çıxış edən K. Heydərov bildirib ki, artıq Azərbaycan FHN-in akademiyası yaradılıb. Orada nazirliyinin müxtəlif strukturları üçün mütəxəssislər hazırlanacaq. Nazir onu da bildirib ki, rəhbərlik etdiyi nazirliyin müxtəlif strukturları Ukraynanın müxtəlif qurumları ilə əməkdaş edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar