Tallində Azərbaycan dolması hazırlandı
Estoniya Təhsil Nazirliyinin həyata keçirdiyi “Eston məktəblərində xalqlar həftəsi” layihəsinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə eston məktəblilərini Estoniyada yaşayan milli azlıqlar və azsaylı xalqlarla tanış etmək məqsədi daşıyır. Bu ölkədə fəaliyyət göstərən həftə sonu məktəblərinin iştirakı ilə həyata keçirilən layihənin ideyasını dəstəkləyənlər arasında Azərbaycan bazar günü məktəbindən başqa rus, Ukrayna, Dağıstan və digər xalqların həftə sonu məktəbləri də var.
Layihədə milli azlıqlar və azsaylı xalqlara özlərini təqdim etməkdə sərbəstlik verilib.
“Azərbaycan günü”nun ilk tədbiri Tallindəki Köhnə şəhər Gimnaziyasında keçirilib. Tədbirin ideya müəllifi və təşkilatçısı Estoniyadakı Azərbaycan Həftə sonu məktəbinin rəhbəri Sərvinaz Kərimova olub. “Azərbaycan - odlar yurdu!” devizi altında keçirilən tədbir böyük maraq doğurub. Tamaşaçıların ümumi rəyinə görə “Azərbaycan günü” layihənin ən rəğbət qazanan hissəsi sayılıb.
Gimnaziyanın kollektivi və tədbirə dəvət olunmuş qonaqlar bir gün ərzində məktəbin müxtəlif məkanlarında “Azərbaycan”la qarşılaşıblar. Böyük sərgi zalında Azərbaycanın qədim sakinlərindən başlayaraq bu gününə kimi hər bir sahəni əhatə edən foto sərgidə milli geyimlərimiz, Azərbaycan xalçaları, musiqi alətlərimiz və digər eksponatlar da nümayiş etdirilib. Konfrans zalında isə Azərbaycan dilində hazırlanmış “Bakı- qədim odun sirri” sənədli filmi eston dilində qaçan sətirlərlə göstərilib. Başqa bir zalda Azərbaycan milli rəqsi nümunələrin təqdim olunub, burada iştirakçılara milli rəqsimizin əsas elementləri öyrədilib və onların ifasında Azərbaycan milli rəqslərindən parçalar ifa edilib.
Məktəbin böyük yemək zalında isə Azərbaycan milli mətbəxi haqqında bilgi verilib və yarpaq dolmasının hazırlanması qaydası əyani nümayiş etdirilib. Tədbir iştirakçılarına da dolma bükməyi sınamaq imkanı verilib.
Tədbirin sonunda Azərbaycan mətbəxinin nümunələrindən ibarət yemək süfrəsi təqdim olunub.
Bu layihə ilin sonuna qədər hər həftə Tallinin müxtəlif məktəblərində davam etdiriləcək.

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54