İctimai Komitə hesabat verdi
0
0
Komitənin fəaliyyəti müsbət qiymətləndirib
Bu gün Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakını Təmin Edən və Cəzasını İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən İctimai Komitə üzvlərinin onları Seçən Komissiyası ilə hesabat görüşü keçirilib.
Lent.az-ın məlumatına görə, görüş ölkə ictimaiyyətinin və media nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə baş tutub. Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov hesabat görüşünün İctimai Komitə üzvlərinin bir illik səlahiyyət müddətinin başa çatması münasibətilə keçirildiyini deyib. İctimai Komitəyə növbəti üzvlərin seçiləcəyini deyən F.Qurbanovun sözlərinə görə, Ədliyyə Nazirliyi Komitənin fəaliyyət göstərməsində maraqlıdır: “Bütövlükdə Komitənin fəaliyyətini müsbət qiymətləndiririk. Ancaq hələ də görüləsi işlər var”.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, İctimai Komitə üzrə Seçki Komissiyasının üzvü Rəbiyyət Aslanova hər dəfə seçilən şəxslərin üzərinə əlavə vəzifə və məsuliyyətlər qoyulur: “Onlar ötən 3 ildə üzərlərinə qoyulan vəzifənin öhdəsindən layiqincə gəliblər”.
Seçki Komissiyasının digər üzvü, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə rəhbərlik etdiyi Şuranın növbəti illərdə İctimai Komitəyə maliyyə yardımı ayıracağını deyib.
Tədbirdə İctimai Komitənin koordinatoru Sahib Məmmədov, Komitənin üzvü Səidə Qocamanlı və digər şəxslər də çıxış edib.
Pərvin ABBASOV