22 aptek cərimələnib
0
0
Səhiyyə Nazirliyi vergi orqanları ilə birgə apardığı yoxlamalarda 116 qanunsuzluq faktı aşkarlayıb
2009-cu ilin yanvar-oktyabr ayları ərzində xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 116 qanunsuzluq faktı aşkarlanıb. Son üç ayda əczaçılıq fəaliyyəti ilə qanunsuz məşğul olmağa görə isə 119 fakt aşkar edilib.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsindən Lent.az-a bildiriblər ki, nazirin “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və İnzibati Xətalar Məcəlləsinin 64.1, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul olunub. Qanunu pozanlara qarşı inzibati qaydalara uyğun cərimə sanksiyaları tətbiq edilib.
Elxan SALAHOV