Əmək qabiliyyətlilərin yaşayış minimumu 160,66 manatdır
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələrini hesablayıb. Həmçinin Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar ayı üzrə minimum istehlak səbətinin dəyəri müəyyən edilib.
İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a verilən məlumata görə, hesablamalara əsasən, bu ilin ilk ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 160,66 manat, pensiyaçılar üçün 146,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 199,39 manat təşkil edib. Ay ərzində əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,40 manat, pensiyaçılar 94,27 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 118,00 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,31 manat, pensiyaçılar üçün 33,08 manat, 0-14 yaşlı uşaqlar üçün 68,54 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,10 manat, 22,26 manat və 17,47 manat təşkil edib.
Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02