Qanunsuz ova şərait yaradan nazirlik işçiləri cəzalandırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan qanununun tələblərinə əməl olunması vəziyyəti araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 5-7 fevral tarixlərində “Sarı-su” Ovçuluq Təsərrüfatında brakonyerliyə qarşı mübarizə tədbirləri aparılarkən təsərrüfatın sahə müfəttişi Ə.Mustafayev və mühafizə yegeri Y.Abışovun xidməti ərazidə olmamaları və vəzifə borclarını layiqincə icra etməmələri səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunub.
Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilib. 12-13 fevral 2011-ci il tarixlərində isə Şabran rayonunun inzibati ərazisində yerləşən “Ağzıbir” Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı təsərrüfatın həyətində qanunsuz ov edilməsi faktı aşkarlanıb. Məlum olub ki, əraziyə cavabdeh olan sahə müfəttişi T.Acalov yaranmış vəziyyətin qarşısını almağa nəinki cəhd göstərməmiş, əksinə həmin şəxslərin ərazidə ov etmələrinə şərait yaradıb.
Qeyd olunanları nəzərə alaraq əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiklərinə və əmək vəzifəsini kobud şəkildə pozduqlarına görə 15 fevral 2011-ci il tarixli əmrlə “Sarı-su” Ovçuluq Təsərrüfatının sahə müfəttişi Ə.Mustafayevə sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin təsərrüfatın mühafizə yegeri Y.Abışova töhmət verilib, “Ağzıbir” Ovçuluq Təsərrüfatının sahə müfəttişi T.Acalov isə 17 fevral tarixli əmrlə tutduğu vəzifədən azad olunub.
Qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.

Oxşar yazılar
Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09