1 redaksiyaya və 2 jurnalistin ailəsinə yardım edildi
Fonddan Lent.az-a verilən məlumata görə, iclasda fevral ayı ərzində bu quruma daxil olan 3 müraciətə baxılıb. Müraciətlərin hər üçü təmin edilib. Ümumilikdə 4200 dollar həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Belə ki, Fondun Əsasnaməsinin “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3000, “Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun (ölümündən sonra) həyat yoldaşı Məryəm Məmmədovaya 600 dollar məbləğində maddi yardım edilib. “Məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə isə “Müxalifət” qəzetinin redaksiyasına 600 dollar məbləğində maliyyə yardımı ayrılıb.
Xatırladaq ki, “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

Oxşar yazılar

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08