ABŞ-da Qarabağ təqvimi hazırlanıb - FOTO
Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" adlanan bu təqvim Azərbaycanın Qarabağ regionunun keçmişini və özünəməxsus ruhunu ifadə edir.
Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə nümayəndəsi Tural Kərimli Lent.az-a bildirib ki, Qarabağın gözəl şəkillərini əks etdirən təqvim Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında dünyanı məlumatlandırır. Fond tərəfindən seçilmiş mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Tural Kərimli deyib ki, təqvimi Qarabağ fondunun internet mağazası vasitəsilə də (www.karabakhfoundation.org/pages/shop/) əldə etmək mümkündür. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Təqvimi almaq üçün [email protected] elektron poçtuna da yazmaq olar.
Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Oxşar yazılar

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08