BDU-nun internet saytı istifadə verildi
Lent.az-ın məlumatına görə, mərasimdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Mətbuat və informasiya şöbəsinin yaranması tarixindən danışıb. O qeyd edib ki, şöbənin yaradılması üçün 1999-cu ildə Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılıb. Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin strukturuna Mətbuat və İnformasiya şöbəsinin daxil edilməsinə icazə verib və şöbə 10 may 2000-ci ildən fəaliyyətə başlayıb. Rektorun sözlərinə görə, şöbənin yaradılmasında məqsəd Kütləvi İnformasiya Vasitələri ilə müntəzəm əlaqə yaratmaq, respublikada gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə aparılan islahatları və respublika əhəmiyyətli hadisələri mətbuatda daha ətraflı işıqlandırmaq, universitet xəbərlərinin, beynəlxalq əlaqələr, xarici səfərlər və xarici qonaqlarla keçirilən görüşlərin ölkə ictimaiyyətinə çatdırılmasını intensivləşdirmək olub. Şöbəyə müxtəlif illərdə tanınmış jurnalistlər rəhbərlik edib. 2010-cu ilin mart ayından isə şöbəyə rəhbərlik Pərvanə İbrahimovaya həvalə olunub.
Tədbirdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, “AzərTAc”ın baş direktoru Aslan Aslanov, Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə “Universitetin dostu” mükafatı təqdim edilib.
Rektorun əmri ilə BDU-nun jurnalistika fakültəsinin bir qrup əməkdaşına da diplom və pul mükafatları verilib.

Oxşar yazılar

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08