
“Qarasu” OYL-in fəhlələri etiraz aksiyası keçiriblər
Bu barədə APA-nın Mil-Muğan bürosuna şirkətin fəhlələri məlumat verib. Bugünkü növbənin işçiləri səhər saat 07.10-dan başlayaraq iki saat işə çıxmaqdan imtina ediblər. Etiraz aksiyasında 300-ə qədər fəhlə və usta iştirak edib. Onların tələbi əmək haqlarının artırılması olub. Səhər saatlarında işçiləri mədənlərə aparan avtobuslar dayandırılıb. Onlar mərkəzi ofisin yaxınlığında yerə düşüb və işə çıxmaqdan imtina ediblər. Şirkət rəhbərliyi ilə danışıqlar aparılıb və fəhlələr iki saatdan sonra işə çıxıblar. Qərara alınıb ki, növbəti cümə gününə kimi onların tələbləri müsbət cavablandırılmasa, fəhlələr yenidən aksiyalara başlasınlar. Artıq bununla bağlı şirkət rəhbərliyinə xəbərdarlıq edilib.
Oxşar yazılar

Dörd BÜRCƏ yay bitməzdən əvvəl vacib xəbərdarlıq: siyahıda kimlər var
12 avqust 2025 , 00:02
Bu həftə onların ulduz saatıdır: problemləri unuda biləcək üç BÜRC
11 avqust 2025 , 18:43
Küləklə bağlı xəbərdarlıq
11 avqust 2025 , 17:34
Kimlər inzibati həbs edilə bilməz? - CAVAB
11 avqust 2025 , 17:29
Aramsız leysan yağacaq, çaylardan sel keçəcək
11 avqust 2025 , 17:25
12 marşrut avtobusunun dayanacaq yeri dəyişdirildi
11 avqust 2025 , 17:11
Bu hallarda uşaqlar valideynlərdən alınır - Dünyada və Azərbaycanda
11 avqust 2025 , 16:29