Vergilər Nazirliyində yenilik
21 fevral 2011 19:12 (UTC +04:00)

Vergilər Nazirliyində yenilik

Vergilər Nazirliyi elektron məsafədən ötürmə qurğusu və elektron nəzarət lentinin satın alınması üçün tender elan edib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvana təqdim etsinlər.

Tender təklifi zərfləri aprelin 11-də açılacaq.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

- İştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi zərfdən açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

- İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfdən açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);

- İddiaçının maliyyə imkanları ilə əlaqədar sənədlər;

- İddiaçının ixtisas göstəricilərinə dair sənədlər.

Bu sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır. Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 350 manat məbləğində iştirak haqqı köçürməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tender təklifləri 8 aprel saat 18:00-a qədər Akademik Lev Landau, 16 ünvanında Vergilər Nazirliyinə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar