Bakıda növbəti TEDxBakı konfransı keçiriləcək
24 fevral 2011 17:00 (UTC +04:00)

Bakıda növbəti TEDxBakı konfransı keçiriləcək

Lent.az-ın məlumatına görə, TEDxBakı dünyada artıq 30 ildir davamlı təşkil olunan və alimlər, siyasətçilər, sahibkarlar, mədəniyyət xadimləri və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED adlı konfransın lisenziyası əsasında keçirilir. Bölüşməyə dəyərli fikirlər ruhlu TED təcrübəsinin insanlar arasında yayılmasına xidmət edən və yerli imkanlardan yararlanan TEDx proqramı 2009-cu ilin mayından etibarən dünyanı dolaşır. İndiyədək planetin yüzlərlə şəhərlərində müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artmaqdadır.
TEDxBakı konfransının məqsədi də hazırda ölkəmizdə yaşayan yüksək sənət, intellektual və elmi potensiala sahib insanları və xüsusən də bölüşməyə layiq fikir sahiblərini üzə çıxarmaqdır. “Ruhun dili ilə” adlı ilk TEDxBakı konfransı keçən ilin noyabrında keçirilib. Yeni layihə isə TEDWomen qlobal konfransının davamı olaraq Azərbaycan qadınının dünya ilə paylaşa biləcək fikirlərini beynəlxalq dəyərlər sırasına daxil etmək məqsədi daşıyır.

TEDxBakı ilə TED konfransı arasında hər hansı hüquqi asılılıq yoxdur.

Tədbir siyasi və kommersiya məqsədi daşımır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00