BDU-da 4 vəzifəli şəxs işdən azad edilib
24 fevral 2011 19:01 (UTC +04:00)

BDU-da 4 vəzifəli şəxs işdən azad edilib

Ölkədə həyata keçirilən islahatlar, iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində görülən işlər Bakı Dövlət Universiteti rektorluğunun genişləndirilmiş iclasında ətraflı müzakirə edilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda çıxış edən rektor, akademik Abel Məhərrəmov dövlət və dövlətçiliyinin əsas sosial dayağı olan BDU-da növbəti islahatlara start verildiyini söyləyib. Belə ki, Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin tələbələrindən rektorluğa daxil olmuş şikayət və təklifləri geniş araşdıraraq müşahidə edilmiş neqativ halların qarşısını almaq, əmək intizamını daha da möhkəmləndirmək məqsədilə radikal qərarlar qəbul edilib. Hüquq fakültəsinin dekan vəzifəsini icra edən professor Firudin Səməndərov bu postdan azad edilib. Həmçinin işdə buraxdıqları ciddi nöqsanlara görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad ediliblər. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verilib. BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.

İclasda prorektor, professor Elxan Hüseynova islahatlar aparmaq, müvafiq radikal qərarlar qəbul etmək və əməli təkliflər hazırlamaq üçün qısa müddətə həmin fakültəyə dekan vəzifəsini icra etmək tapşırılıb.

Bundan başqa, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin işində dönüş yaratmaq, həmin fakültədə ciddi kadr islahatları aparmaq, dekanlığın işində olan boşluqları aradan qaldırmaq məqsədilə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin rəhbərliyi ilə komissiya yaradılıb.

İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bir vəzifə olaraq tapşırılıb ki, bütün müraciətlərə, xüsusilə tələbələrə son dərəcə diqqət və həssaslıqla yanaşsınlar, işlərində ciddi dönüş yaratsınlar. Gözlənilən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalı, universitetin nüfuzuna xələl gətirə bilən heç bir hərəkətə yol verilməməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00