Azərbaycan çaylarında yüksək sululuq müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 235-265 faizini təşkil edir.
Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 80-170, Naxçıvan Muxtar Respublikası çaylarında 80-90 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 155 m3/san, yəni ongünlük normanın 80 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 74 m3/san, yəni ongünlük normanın 97 faizini təşkil edir. Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, fevral ayının 15-dən bu günə kimi Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 29, Zərdabda 63, Surrada 65, Şirvanda 60, Salyanda 71, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 62 sm artım müşahidə olunub.
Surra məntəqəsində suyun hazırkı səviyyəsi 602 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 488 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 337 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 442 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ
5 may 2025 , 16:47Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...
5 may 2025 , 15:27Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01