Jurnalistlərimiz Avropa ölkələrinə səfər edəcəklər - FOTO
25 fevral 2011 16:05 (UTC +04:00)

Jurnalistlərimiz Avropa ölkələrinə səfər edəcəklər - FOTO

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Makkenzi və qurumun mətbuat və kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının sədri Umud Mirzəyev iştirak edib.

V.Səfərli Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipi haqqında qonaqlara ətraflı məlumat verib. Bundan əlavə o, KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi məqsədilə indiyə qədər həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyi barədə görüş iştirakçılarının diqqətinə çatdırıb. Fondun rəhbəri gələcəkdə jurnalistlərin beynəlxalq təcrübəni öyrənmək məqsədilə BMİ-nin vasitəsilə Avropa ölkələrinə səfərlərinin təşkil edilməsini Alison Makkenzidən xahiş edib.

Fondun indiyə qədər gördüyü işləri müsbət qiymətləndirən Makkenzi jurnalistlərin sosial vəziyyətinin, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşəkarlığının artırılması istiqamətində Fond tərəfindən atılan addımları və həyata keçirdikləri tədbirləri dəstəklədiyini bildirib. Daha sonra BMİ rəhbəri gələcəkdə azərbaycanlı jurnalistlərin peşəkarlığının artırılması məqsədilə Avropa ölkələrinə səfərlərin təşkilinə lazımi dəstək verəcəklərini açıqlayıb.

Qeyd edək ki, BMİ dünyanın ən nüfuzlu media təşkilatlarından biri olmaqla yanaşı, BMT və UNESKO-nun toplantılarında məsləhətçi səs hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00