Quba məktəblərində istilik problemi
0
0
Şimal bölgəsinə yağan güclü qar məktəblərdə olan istilik problemini daha da ciddiləşdirib. Quba rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonda 141 ümumtəhsil müəssisəsi var. Onlardan yalnız 19-u istilik sistemi ilə təchiz olunub. Digər 122 məktəb isə odunla qızdırılır. Payızda bu məktəblər ümumilikdə 39000 kubmetr odunla təmin olunub.
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbin qızdırılması ilə bağlı ciddi problem var. Məktəbin sinif otaqları odunla qızdırılır. Quba rayon İcra Hakimiyyəti tərəfindən məktəbə müəyyən miqdarda odun verilib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, məktəbdə istiliklə bağlı problemdən şagirdlərlə bərabər, bəzi müəllimlər də şikayətlənir. Məktəbin kimya müəllimi Kitabə Abdullayeva Lent.az-a bildirib ki, şagirdlərdən yanacaq almaq üçün pul yığılır.
Məktəb direktorunun tədris işləri üzrə müavini Nazim Abdullayev imkanlı valideynlərin maddi köməyi olmadan vəziyyətdən çıxmağın mümkünsüzlüyünü bildirdi.
Vəli Turan