Prezident və xanımı Şahdağ Qış-Yay Turizm Kompleksində olublar
27 fevral 2011 23:12 (UTC +04:00)

Prezident və xanımı Şahdağ Qış-Yay Turizm Kompleksində olublar

APA-nın “Azərtac” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, prezidentə Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılması barədə məlumat verilib.

Dövlət başçısının Qusar rayonuna səfəri çərçivəsində kompleksin təməlqoyma mərasimi keçirilib.

Tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədi ilə işə salıb.

Dövlət başçısı idmanın və turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Prezident inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib. İnşaatçılar görülən işlərlə bağlı dövlət başçısına məlumat veriblər.

Azərbaycan Prezidenti layihənin ikinci fazasının həyata keçirilməsi ilə bağlı inşaatçılara müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1939

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00