Gecə və səhər yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 1-də hava şəraitinin, əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19