Vergilər Nazirliyi vəzifəli şəxslərin xüsusi geyim formaları ilə bağlı tender elan edib
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvana təqdim etsinlər.
Tender təklifi zərfləri aprelin 21-də açılacaq. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi zərfdən açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfdən açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- İddiaçının maliyyə imkanları ilə əlaqədar sənədlər;
- İddiaçının ixtisas göstəricilərinə dair sənədlər.
Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır. Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır. Başqa dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 500 (beş yüz) manat məbləğində iştirak haqqı ödəməlidir.

Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19