“İşıq” qəzetinin 100 yaşı keçiriləcək
03 mart 2011 17:13 (UTC +04:00)

“İşıq” qəzetinin 100 yaşı keçiriləcək

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, nəşrin yubileyinə həsr olunmuş mərasimdə “İşıq” qəzetinin yaranma tarixindən, saylarını ərsəyə gətirən insanlardan, mövzu dairəsindən, peşəkarlıq xüsusiyyətlərindən, milli jurnalistikamızın tarixindəki yeri və rolundan danışılacaq. Həmçinin ölkəmizin qadın mətbuatının müasir durumu ətrafında da müzakirələr aparılacaq.

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf edən mərasimdə auditoriyanın əsasını ömür-gününü milli mətbuatımızla bağlayan zərif cinsin təmsilçiləri təşkil edəcək. Sahəni tədqiq edən alim və mütəxəssislər də tədbirə dəvət olunublar.

Xatırladaq ki, “İşıq” qəzetinin ilk sayı 22 yanvar 1911-ci ildə çıxıb. 1912-ci ilədək cəmi 68 sayı işıq üzü görən nəşrin redaktoru Xədicə Ələddin qızı Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov olub. “İşıq” maarifçi ideyalarla gündəmə gəlib, cəmiyyəti qadınların taleyini düşünməyi, müasirləşmənin qaçılmaz tarixi proses olduğunu təlqin edib, dövrünün ziyalı qadınlarını ətrafında cəmləşdirməyi bacarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar