“Vətənpərvər kimdir?” müsabiqəsinin qalibləri mükafatlandırıldılar - FOTO
Lent.az-ın məlumatına görə, bu gün keçirilən sonuncu təqdimat mərasimi də daxil olmaqla 10 orta məktəbdə keçirilən tədbirdə ümumi sayı 21 olan həvəsləndirici yerlər üzrə qaliblərə mükafatlar təqdim olunub.
Müsabiqənin 9 əsas qalibinin mükafatlandırılmasının bir neçə aydan bundan öncə Bakı şəhərində keçirilməsi baxmayaraq, həvəsləndirici yerlər üzrə mükafatlandırmanın uzun müddət davam etməsinə səbəb qaliblərin təhsil aldıqları məktəblərin müxtəlif regionlarda yerləşməsidir.
Qeyd edək ki, əsas məqsədi məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olan müsabiqə konkret məcburi köçkün orta məktəbləri arasında keçirilib.
Müsabiqəyə təqdim edilmiş 137 inşadan ilkin seleksiya zamanı 49-u növbəti seçim mərhələsinə buraxılıb. Bu mərhələdə Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Mərkəzin ekspertlərinin dəyərləndirməsində isə 5-ci, 6-cı və 7-ci siniflər üzrə hər birindən 3 qalib və 7 həvəsləndirici (ümumi 30 mükafat) yerin sahibi müəyyənləşdirilib.
Müsabiqə Şuşa, Cəbrayıl, Kəlbəcər, Ağdam, Ağcabədi, Füzuli, Gəncə və Mingəçevir orta məktəblərini əhatə edib.

Oxşar yazılar

Dörd BÜRCÜN karyeralarında elə sıçrayış olacaq ki...
6 may 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19